Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0,55% artaraq, 2 014,9 ABŞ dollarına bərabər olub.

İqtisadiyyat.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (may müqavilələri üzrə) isə 0,88% artaraq, 25,13 dollar təşkil edib.