ABŞ prezidenti Donald Tramp Ay və Marsın mənimsənilməsi üzrə proqramın reallaşdırılması üçün NASA-nın büdcəsinə əlavə 1,6 milyard dollar ayıracaq.

İqtisadiyyat.Az xəbər verir ki, Tramp bunu öz "Twitter" mikrobloqunda yazıb.

"Mənim administrasiyam zamanı biz NASA-nın böyüklüyünü bərpa edirik və biz özümüz Aya qayıdırıq, ardınca isə Marsa yollanacağıq. Mən fəzaya daha geniş şəkildə qayıtmağımızdan ötrü əlavə 1,6 milyard dolların daxil edilməsi üçün [NASA-nın] büdcəsini yeniləyirəm", - deyə o yazıb.