Bu ilin yanvar-may aylarında Azərbaycanda 16,095 milyard manat məbləğində nağdsız əməliyyat aparılıb.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

5 aylıq məbləğin 12,567 milyard manatını elektron ticarət, 3,506 milyard manatını POS-terminallarla aparılan əməliyyatar, 0,021 milyard manatını isə bankomatlarla aparılan əməliyyatlar təşkil edib.