“Bəzi internet oyunları müəyyən dərəcədə intellektə  təsir göstərə bilər”.
Bunu İqtisadiyyat.az-a müsahibəsində İnformasiyya texnologiyaları üzrə mütəxəssis Fərrux Rəcəbli deyib.
“Oynanılan oyun məntiq, strategiya oyunudursa müəyyən dərəcədə intellektə, İQ səviyyənin artmasına təsir göstərir. Lakin sözsüz ki, bu hər hansı təhsil və təcrübə ilə müqayisə oluna bilməz. Bu həm də oyunun kateqoriyasından asılıdır. Əgər oyun sadəcə müharibə, atışma, silahlar və.s oyunlarıdırsa intelekt səviyyəsinə heç bir təsir göstərə bilməz.“
Yerli oyunlarla bağlı sualımızı cavablandıran mütəxəssis bildirdi ki, ölkədə belə oyunlar demək olar ki, yox səviyyəsindədir:
“Düzdü oyunu yarada biləcək potensial bizdə çoxdu.Sadəcə burada bir az marketinq , təbliğat daha çox rol oynayır.
Yerli internet oyunları istehsal olunsa əlbəttə ki, onlara maraq da, reytinq də daha çox olacaq.”

Məhəbbət Məmmədov