Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri real ifadədə ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 1 232,1 milyon manata yüksəlib ki, onun da 72%-i əhali tərəfindən istehlak olunub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, hesabat dövründə bu sahədə əldə edilmiş gəlirin 80,3%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42%-i və ya 517,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.report