Microsoft köhnəlmiş Windows-un satışının bitmə tarixini açıqlayıb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “PCWorld” nəşri məlumat yayıb . 

Məlumata görə, Amerika korporasiyası yanvarın 31-də məşhur OS üçün lisenziya satışını dayandıracaq. 

Şirkət artıq Windows 10 üçün ödənişli lisenziyaları yaymasa da, əməliyyat sistemi müəyyən müddət ərzində yeniləmələri almağa davam edəcək. Belə ki, şirkət Windows 10, 14 oktyabr 2025-ci il tarixinədək kompüterin viruslardan, casus proqramlardan və digər zərərli proqramlardan qorumaq üçün təhlükəsizlik yeniləmələri ilə dəstəklənməyə davam edəcəyini bildirib.