Almanların ağlına gəlməyəni rus mühəndis edib. Rusiyada yaşayan avtomobil ustası İlya Belyakov ağlına gələn maraqlı fikirlə avtomobilinin xarici görünüşünü dəyişib yeni bir dizayn ortaya çıxarmağa qərar verib.

İqtisadiyyat.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, rus mühəndis bunun üçün uzun vaxt itirib. Hündürlüyü 1 m 50 sm və ağırlığı 3 ton olan avtomobildən dünyada yoxdur.

Tıxaca düşməyin problem olduğunu deyən mühəndis, avtomobilin 140km/saat sürətlə hərəkət edə bildiyini dilə gətirib. Ancaq avtomobili istifadə etməyin də bədəli var. Belə ki, avtomobil 100 km məsafəyə 25 l yanacaq (benzin) yandırır.

Qeyd edək ki, “MERCO-GAZ 149-66” adı verilən avtomobil bir çox özəl yarışmalarda kuboka sahib ola bilib.

 

Mehman Nəbiyev