Polşa Çexiyanın Ukrayna üçün artilleriya sursatlarının alınması təşəbbüsünə töhfə olaraq 50 milyon avro ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Biz 50 milyon avro ayırdığımız Çexiyanın silah-sursat təşəbbüsünü yüksək qiymətləndiririk", - deyə o vurğulayıb.

Qeyd edək ki, hazırda təşəbbüsdə 18 ölkə iştirak edir. Təşəbbüs çərçivəsində maliyyə öhdəliklərini yalnız Danimarka, Kanada, Hollandiya və Portuqaliya yerinə yetirib.

 

Gözəl Həşimova