Bir neçə gün əvvəl Gəncədə 10 nömrəli məktəbdə valideynlə direktorun saçyoldusu ilə bağlı sosial şəbəkədə video yayılmışdı. Məlum hadisə ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov İqtisadiyyat.Az saytına açıqlama verib:

'Bəli, belə bir hadisə baş verib. Lakin bu hadisə ilə bağlı Təhsil Nazirliyinə rəsmi məlumat daxil olmayıb. Hazırda araşdırma aparılır. Yəqin ki, araşdırmalar yekunlaşdıqdan sonra bununla bağlı müəyyən tədbirlər görüləcək.'