Dünən sosial şəbəkələrdə “Oba” marketdən alınan yumurtanın şəkli paylaşılıb. İşin maraqlı tərəfi dünən alınan məhsulun üzərində istehsal tarixinin bir gün sonranın – martın 15-nin yazılması olub. 

Daha öncələr də bəzi məhsulun istehsal tarixinin səhv yazılması və yaxud üzərində dəyişiklik aparılaraq son istifadə tarixin saxtalaşdırılması hallarıyla qarşılaşmışıq. Belə xoşagəlməz hallar haqlı olaraq  insanların narazılığına səbəb olur və onlar məhsul alarkən içlərində şübhə baş qaldırır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu məsələylə bağlı modern.az saytına açıqlama verib. Eyyub Hüseynov bildirib ki, hətta məhsulun üzərində istehsal tarixini 30 mart yazan istehlakçılar da var:

“İllərdir bu tipli hadisə davam edir. Hətta məhsulun istifadəyə verilmə tarixini 30 mart yazanlar da var.  Təəssüf ki, belə hadisələr hələ də həllini tapa bilmir. Bu o deməkdir ki, istehlakçı hüquqları sahəsində dövlətin siyasəti zəifdir. Müvafiq dövlət orqanları effektiv fəaliyyət göstərə bilmirlər”.