“Press” Agentliyi ən çox gəncin işsiz qaldığı ölkələri araşdırıb.

Agentliyin 'The Spectator Index' -dən verilən məlumata əsasən dünyada gənc işsizlərin ən yüksək göstəricisi 52% olmaqla Cənubi Afrikada qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, Yunanıstan 38% , Nigeriya isə 36% ilə Cənubi Afrikadan sonrakı yerləri tutur. Gənc vətəndaşlarının işsizlik səviyyəsinə görə, Albaniya 23%, Türkiyə 22%, yüksək inkişaf etmiş Fransa isə 21% nəticə ilə siyahıda bir-birini izləyirlər.

İlk onluğa daxil olan digər ölkələr, İspaniya, İtaliya, Mərakeş, İran, Cezayir, Serbiya və Xorvatiya olub.

Son bir ildə mətbuatda 49 min 575 xəbər yer alıb

İTS Media və “Press” Agentliyinin işsizliklə bağlı mətbuatda qələmə alınan yazıların sayını açıqlayıb.

Aparılan araşdırmaya görə, son 1 ildə işsizlik başlığı ilə media və mətbuatda 49.575 yazı dərc olunub. Əvvəlki illərdə mətbuatda əks olunan xəbərlərin sayı araşdırıldığında, 2017-ci ildə 48 min 854, 2016-ci ildə 36 min 508 xəbər yayılıb. Medianın mövcud problemə laqeyd qalmadığı bu araşdırmalar nəticəsində təsbit olunub. (İxlas xəbər agentliyi)