Bu ilin yanvar ayında Azərbaycanda hər bir ölkə vətəndaşı pərakəndə ticarət şəbəkələrində orta hesabla 293,8 manat xərcləyib.

İqtisadiyyat.Az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu göstərici 2018-ci ilin yanvar ayındakı göstəricidən nominal ifadədə 8,1 manat çox olub.

Məlumat üçün bildirək ki, 2018-ci ilin yanvar ayında hər bir ölkə vətəndaşı pərakəndə ticarət şəbəkələrində orta hesabla 285,7 manat xərcləyib və bu da 2017-cı ilin yanvar ayındakı göstəricidən nominal ifadədə 20 manat çox olub.
2017-cı ilin yanvar ayında isə hər bir ölkə vətəndaşı pərakəndə ticarət şəbəkələrində orta hesabla 265,7 manat xərcləyib və bu da 2016-cı ilin yanvar ayındakı göstəricidən nominal ifadədə 31,8 manat çox olub.
Onu da qeyd edək ki, bu ilin yanvar ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları alıb. Bu göstəricilər 2018-ci ilin yanvar ayında müvafiq olaraq 144,3 və 141,4 manat, 2017-ci ilin yanvar ayında isə 133,9 və 131,8 manat olub
Aşağıdakı cədvəldə hər bir ölkə vətəndaşının son 3 ilin yanvar aylarında pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsait qeyd olunub:

2017-ci il Yanvar2018-ci il Yanvar2019-cu il Yanvar
ƏrzaqQeyri-ərzaqƏrzaqQeyri-ərzaqƏrzaqQeyri-ərzaq
Pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsait133,9 azn131,8 azn144,3 azn141,4 azn147,6 azn146,2 azn
Cəmi265,7 azn285,7 azn293,8 azn
Əvvəlki illə müqayisədə artım
31,8 azn

20 azn

8,1 azn