Bakının məşhur şirniyyat mağazalarının birində iyrənc görüntülər qeydə alınıb.

İqtisadiyyat.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülər paytaxtın Yasamal rayonunda yerləşən 'Gəncə Cake House'də lentə alınıb. Görüntülərdən də göründüyü kimi şirniyyat evində sanitar və gigiyenik qaydalara əməl olunmur.

Belə ki, vitrində olan şirniyyatların üzərində siçovulun gəzdiyi yayılan video görüntüdə öz əksini tapıb.

Həmin görüntüləri təqdim edirik: