Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Biznes Kreditlərinin Təhlili Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müştərilərin maliyyə və biznes təhlilini aparmaq,
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək,
• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi,
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil,
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti,
• Yüksək ünsiyyətqurma qabiliyyəti,
• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları,
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik,
• CFA və ya ACCA sertifikatlarına sahib olma arzuolunandır,
• Rus və İngilis dili biliklərinin olması arzuolunandır,
• Bank qanunvericiliyi barədə biliklər,
• Bank sahəsində müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır.

CV-lərinizi, mövzu hissəsində “Anderrayter” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.