Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Məcburi Köçkünlərin Mərkəzləşdirilmiş Vahid Məlumat Bazasının yaradılması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 29-u, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə oktyabrın 7-si, saat 15:00-a qədər Komitənin Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 129 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun şöbə müdiri Adil Musayevdir. Telefon: (012) 431-21-66.

Təkliflərə oktyabrın 8-i, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən geci bu ilin sonuna qədər təhvil verilməlidir.report