“Laçın yolu üzərindən erməni hərbçilər qanunsuz olaraq rotasiya olunurdu. Bu, əsas 4 qanun pozuntusu istiqamətlərindən biridir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, 2020-ci ilin noyabr ayında, sülhməramlılar müvəqqəti orada yerləşdirildiyi zaman Ermənistan öhdəlik götürüb ki, bütün hərbçilər ərazidən çıxarılmalıdır.