“Zoom” videokonfrans proqramının bazar kapitallaşması ilk dəfə olaraq 50 milyard ABŞ dolları həddini ötüb.

Bu barədə “Bloomberg” agentliyi  məlumat yayıb.

Agentliyin hesablamasına görə, 2020-ci ilin əvvəlindən “Zoom”un bazar dəyəri 30 milyard ABŞ dollarından çox artıb.

Qeyd edək ki, “Zoom Video Communications” servisi 2011-ci ildə ABŞ-da yaradılıb. Bu ilin mart ayında videokonfranslar servisindən gündəlik istifadə edənlərin sayı 200 milyona çatıb.(Oxu)