Cihazların yoluxdurulmasının klassik ssenarisindən başqa Azərbaycan istifadəçiləri digər kiber-risklərlə də qarşılaşıb.

İqtisadiyyat.Az Fins.az- a istinadən xəbər verir ki, bunu “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib. Onun sözlərinə görə, məsələn, istifadəçilərin 21%-i tərkibində hər hansı servisin parolu olan məlumat göndərib ki, bu da informasiyanın məxfililiyinin qorunmasını zərbə altına qoyub.

'İstifadəçilərin 19%-i trollinqin qurbanına çevrilib, yəni, internetdə təcavüzkar təqibə və təhqirə məruz qalıblar, 15%-i isə oğurluq və ya itki nəticəsində içində məlumatlar saxlanılan smartfonlarından məhrum olub. Müxtəlif veb-servislər tərəfindən hesabların sındırılması ilə respondentlərin 9%-i rastlaşıb, bunlar əsasən sosial şəbəkələrdəki hesablar olub (78% hallarda)',- deyə M.Məmmədov əlavə edib.