Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 noyabr 2022-ci il tarixində Gəncə şəhərində, Nazirliyin Gəncə Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Gəncə şəhəri, Samux və Kəlbəcər rayonları sakinlərinin qəbulu keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 24 noyabr 2022-ci il tarixində Gəncə Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

Əlaqə:

 

tel: +994 (12) 512-01-14

 

e-mail: info@fhn.gov.az