Türkiyənin İzmir şəhərində Torbalı mahalının Ayrancılar səmtindəki binada qaz partlayışı ilə bağlı yeni məlumatlar var.

İqtisadiyyat.az CNN Türk-ə istinadən xəbər verir ki, Türkiyə daxili işlər naziri Əli Yerlikaya partlayış nəticəsində 35 nəfərin yaralandığını açıqlayıb.

İzmir valisi Süleyman Elban partlayışın sənaye silindrinin partlaması nəticəsində baş verdiyini bildirib. O, borunun partladığı binaya ciddi ziyan dəydiyi barədə məlumat paylaşıb.

***

17:39

Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir Vilayətinin Torbalı rayonunun Ayrancılar məhəlləsində bir binada partlayış baş verib. Torbalı bələdiyyə başçısı Övünç Dəmirə görə, hadisə nəticəsində dörd nəfər həlak olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb. 

Məlumata görə, Ayrancılar məhəlləsi Barış Manço küçəsində yerləşən çörək sexində partlayış olub. Təbii qazın səbəb olduğu partlayışda çox sayda insan yaralanıb. 

Hadisə yerinə jandarma, sağlamlıq, xilasetmə qrupları sövq edilib. Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.

***

17:11

Türkiyənin İzmir vilayətinin Torbalı rayonunda un məmulatları istehsal edən iş yerində partlayış baş verib.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Qeyd edilib ki, saat 15:00 radələrində Ayrancılar məhəlləsi Barış Manço küçəsində yerləşən çörək sexində partlayış olub.

Təbii qazın səbəb olduğu bildirilən partlayışda çox sayda insan yaralanıb. Xəbər üzərinə jandarma, sağlamlıq, xilasetmə qrupları ünvana sövq edilib. Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.