“Cari il üçün manatın proqnozu müsbətdir”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, manatın vəziyyəti ilə bağlı heç bir dəyişikliyin baş verməsi gözlənilmir:

“Çünki valyuta ehtiyatlarımız kifayət qədər çoxdur. Bundan əlavə, neftin də qiyməti sabitdir. Banklara gəldikdə, bəzi problemli banklar ola bilər. Lakin onların səhmdarlarının vəsaitləri kifayət qədərdir və buna görə də əlavə pul qoyub problemi həll etmə imkanlarına malikdirlər. Hər bir halda hansısa bankla bağlı problem olarsa belə, vətəndaşlar üçün narahatlığa heç bir əsas yoxdur. Çünki onsuz da əmanətləri 100 min manata qədər sığortalanır”.

Sadiq Cavadov