İsveçrənin "Rega" aviasiya xilasetmə xidmətinin mühəndisləri itmiş insanları müstəqil tapa bilən pilotsuz helikopter hazırlayıblar.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, pilotsuz uçan aparat geniş ərazini skan edərək dağlarda və meşələrdə itmiş insanları axtara bilir.

Belə ki, kameralarla ötürülmüş məlumatlar alqoritmlər vasitəsilə analiz edilir və qurğu hansı ərazilərdə insan ola biləcəyini müəyyənləşdirir. Axtarış aparılan ərazidə hər hansı bir hərəkət baş verərsə, cihaz bunu qeydə alır və məlumatı operatorlara ötürür.

Pilotsuz helikopter 100 metr yüksəkliyə qədər uça bilir.