İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədrinin vəzifələrindən biri ləğv edilib.

İqtisadiyyat.az xəbər verir ki, Prezident İlham Əliyev Fondun Nizamnaməsində dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklə sədrin Fondun istiqrazlarının buraxılması üçün emissiya prospektini təsdiq etməsi vəzifəsi ləğv edilib.

Qeyd edək ki, Fondun sədri Fəxri Xanhüseyn oğlu Kazımovdur.