ABŞ və Çin arasında ticarət mübahisələrinin yenidən baş qaldırması "Apple"ın səhmlərini ucuzlaşdırıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara 10% əlavə gömrük rüsumunun sentyabr ayından etibarən tətbiq olunacağı ilə bağlı taçıqlama verib. Açıqlamanın ardından "Apple"ın səhmləri 2% ucuzlaşıb.

Belə ki, əlavə gömrük rüsumları "Apple"ın bütün məhsul portfelinə təsir edə və "iPhone", "iPad", "Mac", "AirPod" və "Apple TV" kimi "Apple"ın ən məşhur məhsullarının qiymətlərini artıra bilər.