"Apple"ın 2016-cı ilin mart ayında təqdim etdiyi "iPhone SE"nin yeni versiyası "iPhone SE 2" ilə bağlı məlumatlar ortaya çıxıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, modelin 2020-ci ilin ilk rübündə buraxılacağı iddia olunur.

Qeyd edək ki, cihaz dizaynına görə "iPhone 8" ilə oxşar olacaq. Belə ki, gümüş, boz və qırmızı olmaqla üç fərqli rəngdə buraxılacaq smartfonun 64 GB və 128 GB olmaqla yaddaş sahəsi üzrə iki fərqli variantı olacaq.

Həmçinin, model "Apple A13 Bionic" prosessoru və 3 GB operativ yaddaşla təchiz ediləcək. Bu o deməkdir ki, 1 GB-dən az yaddaşa sahib olmasına baxmayaraq," iPhone 11" və "iPhone 11 Pro" ilə eyni prosessora sahib olacaq.

"iPhone SE 2"nin 399 dollardan başlayan qiytmətlərlə satışa çıxarılacağı gözlənilir.