Yeni “iPhone 12” smartfonlarının təqdimatı nəzərdə tutulan vaxtdan daha gec baş tutacaq.

Bunu insayder kimi tanınan bloqer Con Prosser bildirib.

Qeyd olunur ki, “Apple” bu il iki iri anons həyata keçirməyi planlaşdırır. Sentyabrın 7-də şirkət yeni “Apple Watch” və “iPad”i təqdim edəcək.

Oktyabrın 12-də isə “iPhone 12” smartfonlarının təqdimatı baş tutacaq. Yeni smartfonlar oktyabrın 19-dan satışa çıxarılacaq.

Eyni zamanda “iPhone 12 Pro” smartfonlarıın təqdimatının noyabradək ləngiyəcəyi bildirilir.redaktor.az