Azərbaycanda internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımayacaq.

“Report”un xəbərinə görə, bu, “Media haqqında” qanun layihəsinə dair əsaslandırma”da əksini tapıb.

Qeyd edilib ki, lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.