Bu ilin ötən üç rübü ərzində Azərbaycan istifadəçilərinin yarısından çoxu (65%-i) ən azı bir dəfə lokal təhdidlərlə, yəni, sərt disk və USB-fleşkart kimi daşıyıcılarla yayılan zərərverici proqram təminatı ilə qaraşılaşıblar.

İqtisadiyyat.Az Fins.az-a istinadən xəbər verir ki, bunu “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib. Onun sözlərinə görə, zərərvericilər kibertəhdidin potensial qurbanlarının əksəriyyətini internetdə də gözləyirdilər.

'Yanvardan sentyabradək Azərbaycanda istifadəçilərin 44%-i şəbəkədə müxtəlif zərərli proqramlarla rastlaşıb. Korporativ istifadəçilər arasında isə bu göstərici 17% təşkil edib',- deyə M.Məmmədov bildirib.