İnstaqram sosial şəbəkəsi, proqramdan istifadə edərkən mobil telefonlar üçün internet istehlakını azaldacaq tətbiqə başladığını açıqlayıb. Proqram istifadə edilərkən daha az mobil məlumatlar istifadə olunmasını təmin edən bu özəllik ancaq Android sistemləri üçün düşünülüb.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, feysbuk-un nəzdində olan şirkətdən verilən məlumata görə, bu özəlliyi seçən istifadəçilər, həm daha az internet itirəcək, həm də yükləmələri daha tez yerinə yetirə biləcək.

Qarşıdakı günlərdə bütün dünyadakı Android cihazlar üçün istifadəyə veriləcək bu özəllik ilə instaqram, fərqli internet sürətləri və proqramdan intensiv istifadəni nəzərə alaraq, daha çox insana problemsiz çatdırılmanı təmin edəcəyini açıqlayıb.

İnstaqram artıq yüksək tutumlu paylaşımların görüntülənməsi videoların öncədən yüklənməsi üçün üç seçim qarşıya qoyacaq. Parametrlərdə “Hesab” seçimi altında “Mobil Məlumat İstifadəsi” başlıqlı bu özəllik ilə və yüksək tutumlu görüntülərin öncədən yüklənməsi əngəllənə biləcək.