"Instagram" Kanadada paylaşımların altındakı laykların sayını digər istifadəçilərdən gizlətmək imkanını sınaqdan keçirəcək.

Bildirilir ki, laykların sayı paylaşımın lentdə mövqeyini müəyyən edən alqoritmlərə hələ də təsir edir. Belə olan halda, istifadəçilər kifayət qədər məşhurluq qazanmayan postları silməyə az meyilli olacaq.