Reklamverənlər influencer-marketinqə nə qədər çox pul xərcləyirlərsə, rəy liderləri və bloggerlərin gəlirləri də yüksək olur.

İqtisadiyyat.az xəbər verir ki, sponsor bloq və postların inkişafı hər keçən il daha da artır. Belə ki, Facebook-da belə nəşrlərin orta dəyəri 49 dəfə, YouTube-da videoların inteqrasiyası 16 dəfə, Twitter-də 14 dəfə, Instagram-da yerləşdirmələr isə 12 dəfə artım göstərib. IZEA platforması son beş ildə influencerlərin qiymətlərini analiz edərək yuxarıda göstərilən nəticəyə gəlib.

Reklamverənlər üçün ən bahalı YouTube videolara inteqrasiya etməkdir. Onlar məhsulun videoda qeydinə görə ortalama 6700 dollar ödəyirlər. Bildirək ki, 2014-cü ildə isə qiymət 16 dəfə aşağı-ümumilikdə 420 dollar idi. Təbii ki, qiymətlər eyni kanal daxilində də dəyişir. Məsələn, Harvard Universitetinin tələbəsi Sienna Santerin YouTube kanalına 265 000 nəfər abunədir. Onun videolarına sponsorluq haqqı isə 1000 dollardan 4000 dollar arasında dəyişir.

Instagram-da qiymətlərin 12 qat artımı da müşahidə olunub. Məsələn, fotoservis platformasında qiymətlər son beş ildə orta hesabla 134 dollardan 1642 dollara qədər artım göstərib. Business Insider-in sorğusuna, əsasən influencerlər deyiblər ki, Instagram “ulduzları” hər 10 000 folloverə görə 100 dollar istəyirlər. Hopper HQ xidmətinin qiymətləndirməsinə görə, Instagram-da ən çox tələb olunan influencerlər Kayli Cenner, Ariana Qrande, Kriştiano Ronaldo-dur. Cennerin Instagramdakı reklam gəliri posta görə 1,3 milyon dollara çatıb.

Ən çox artma isə Facebook-da müşahidə olunub: 49 dəfə. Xatırlatmağa görə, qiymət 8 dollardan 395 dollara qədər artıb. Twitter-də isə promo-nun qiyməti 14 dəfə bahalaşıb, 29 dollardan 422 dollara yüksəlib. Bloq-da kommersiya postunun qiyməti isə 407 dollardan 1442 dollara qədər böyüyüb.

Nielsen Catalina Solutions-nun qiymətləndirməsinə görə, influencer-marketinq, digər dijital formatlar ilə müqayisədə 11 dəfə çox ROI təmin edir. Bu sahədə ənənəvi mediada da boşluq var. Belə ki, IZEA-ya danışan marketoloqlar deyiblər ki, influencer marketinqdə ROI mətbuatda reklamın yerləşdirilməsi ilə müqayisədə 4 dəfə, radioda 2 dəfə, banner ilə 2 dəfə çoxdur.

Araşdırmada, həmçinin qeyd olunub ki, hər 5 şirkətdən yalnız 2-si influencer-marketinqə xərcləri artırmağı planlaşdırır. İnfluencerlərin biznesə geridönüşü də heç də pis deyil. Tomson-un qiymətləndirməsində belə deyilir. Belə ki, hər xərclənən bir dollar biznesə 6,5 dollar gətirir. Reklamverənlərin 13%-i isə düşünür ki, bu 20 dollardır.

IZEA-nın rəhbəri və yaradıcısı Ted Merfi isə düşünür ki, “marketoloqla influencerlər tərəfindən yaradılan və yayılan kontenti daha çox qiymətləndirirlər. Biz düşünürük ki, influencerlərin hazırladıqları kontent bazarda rəqabət apara bilir. Çox hallarda isə onların hazırladıqları yaradıcı məzmun, agentliklərin hazırladıqlarını belə əvəz edə bilir".

facemark