"Digital Trends" 2023-cü ilin ən yaxşı noutbuklarını təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu reytinqə daxil olmaq üçün cihaz heyrətamiz dizayna, əla performansa, yaxşı ekran və klaviaturaya, davamlı batareyaya və daha bir neçə özəlliyə malik olmalıdır.

Aşağıdakı noutbukların hər biri hərtərəfli sınaqdan keçirilib:

  • "Apple MacBook Air M2"

Siyahının lideri "Windows" əməliyyat sistemi ilə işləyən ən yaxşı noutbuk hesab edilən "Apple MacBook Air M2"dir. Onun "Apple M2 8" nüvəli prosessoru, "Apple M2" qrafik kartı, üç variantda RAM-ı var: 8 GB, 16 GB və 24 GB.

Həmçinin, noutbukun quraşdırılmış yaddaşının dörd variantı: 256 GB, 512 GB, 1 TB, 2 TB(SSD) mövcuddur. Noutbukun ABŞ-də qiyməti 1099 dollardır.

  • "Dell XPS 13"

Siyahının ikinci pilləsində "Dell XPS 13" qərarlaşıb. Bu noutbuk iki nəsil "Intel Core i5-1230U" və "Core i7-1250U" prosessorları, "Intel Xe Graphics" qrafik kartı ilə satılır.

Noutbukun qiyməti 600 dollardır.

  • "Razer Blade 14"

Bu siyahıda üçüncü yeri ən yaxşı oyun noutbuku sayılan "Razer Blade" 14 tutur. Noutbukun iki RAM versiyası var: 16 GB və 32 GB.

Noutbukun qiyməti 2400 dollardır.

  • "Asus ZenBook 14 OLED"

Siyahıda növbəti yerdə ən sərfəli noutbuk hesab edilən "Asus ZenBook 14 OLED" var. Cihaz iki prosessor versiyası ilə buraxılır: "AMD Ryzen 5 7530U" və "Ryzen 7 7730U".

Noutbukun RAM-nın iki variantı var: 8 GB və 16 GB. Noutbukun qiyməti 699 dollardır.

  • "Apple MacBook Pro (M3 Max)"

Ən yaxşı beş noutbuku "Apple MacBook Pro" (M3 Max) tamamlayır. Noutbukun qiyməti 2999 (Amazon) ilə 3135 dollar (Walmart) arasındadır.

 

Gözəl Həşimova