ABŞ və Çinin telekommunikasiya texnologiyaları istehsal edən şirkəti Huawei arasında davam edən və ABŞ-ın sanksiyaları ilə yaranan gərginlikdə, növbəti addım nəhəng yapon şirkəti Panasonic-dən gəlib. İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, Panasonic Huawei-ə satılan bir sıra komponentlərin qadağa qərarı verib. Verilən qərarın Huawei-nin bəzi texnologiya avadanlıqlarını hədəf alındığı bilinsə də, əsas hədəfin məhz ağıllı telefonlar olduğu ortaya çıxıb.

Osakada yerləşən şirkətin bu qərarı verməsində ABŞ-ın ticarət nazirliyinin rolu məlum deyil. Digər tərəfdən Panasonic ABŞ məhsullarını almaqla məhsul istehsal edən şirkətlərə ABŞ-ın növbəti sanksiyalarının olacağını da dəyərləndirib. Həmçinin yapon istehsalçı, digər qrup şirkətlərə də Huawei ilə əlaqələri nəzərdən keçirməyi tapşırıb.

Qeyd edək ki, Çinin Huawei şirkətinin hakim Kommunist partiyasına aid olması səbəbilə ABŞ tərəfindən cəsusluqda ittiham edilərək qara siyahıya alındıqdan sonra, ABŞ-ın ticarət nazirliyi tərəfindən iqtisadi sanksiyalara məruz qalıb. Bəzi amerikan şirkətlərinə də Huawei-yə məhsul satmalarına qadağa qoyulduqdan sonra, ABŞ ticarət nazirliyi tətbiq olunan sanksiyaların 90 günlük təxirə salındığını bildirmişdi.

Mehman Nəbiyev