"Huawei" şirkəti 2020-ci ilin martında növbəti seriyasını təqdim edəcək.

"Finans.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət nümayəndəsi mətbuata açıqlamasında smartfonun "Google" axtarış sisteminin xidməti olmadan yenidən satışa çıxarılacağını təsdiqləyib.

Məlumata əsasən, "Huawei P40" və "P40 Pro" modellərinin satışı 2020-ci ilin mart ayına nəzərdə tutulub. Hər iki cihazın təqdimatı Parisdə baş tutacaq.

"Huawei" şirkətinin baş meneceri Riçard Yu mətbuat konfransında aparıcı smartfonların indiki Android 10 versiyası ilə Google xidmətini dəstəkləmədən yenidən buraxılacağını bildirib.

Mütəxəssis qeyd edib ki, Google xidmətinin olmaması Huawei-in ABŞ şirkətinin məhsullarının cihazlarında istifadəsi üçün lisenziyaya ala bilməməsi ilə əlaqədardır.