"Huawei" şirkətinin qurucusu Jen Çjenfey "Facebook"un şəxsi kriptovalyutası “Libra” ilə bağlı açıqlama verib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, CEO sözügedən kriptovalyutanın ölkələrin ödəmə sistemlərini yenidən formalaşdıracağı ilə bağlı narahatlığa əsas olmadığını bildirib.

J. Çjenfey digər bir açıqlamasında isə Çinin öz kriptovalyutasını buraxaraq asanlıqla "Libra" ilə rəqabət apara biləcəyini deyib. Qeyd edək ki, "Facebook" 2009-cu ildən etibarən Çində qadağan olunub.