Hesablama Palatasında qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə 2023-cü ilin ilk Kollegiya iclası keçirilib.

Bu barədə İqtisadiyyat.az-a Palatadan bildirilib.

İclasda qurumun fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və metodoloji bazanın təkmilləşdirilməsi məqsədilə bir sıra metodiki sənədlər müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq bəzi sənədlər yenilənib, bəzilərinin isə ləğv olunması barədə qərar qəbul edilib.

Daha sonra iclasda Hesablama Palatasında tətbiq edilən keyfiyyətə nəzarətlə bağlı illik hesabat təqdim edilib və müvafiq müzakirələr aparılıb, həmçinin Palatanın funksional fəaliyyəti ilə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.