Türkiyənin Hatay vilayətinin Hassa rayonunda yerli vaxtla saat 05:23-də 4,4 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) yaydığı məlumatda zəlzələ ocağının 11,52 kilometr dərinlikdə olduğu bildirilib.