Güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 4 ünvan üzrə 5 müraciət qeydə alınıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Hər dörd ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 3 nəfər kişi, 2 nəfər isə qadın olub. 

Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.

3 nəfərə  (1 qadın, 2 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.

***

15:18

Güclü külək nəticəsində 4 nəfər xəsarət alıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Son məlumata əsasən, 04.04.2024-cü il tarixində güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 ünvan üzrə 4 müraciət qeydə alınıb.

Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2 nəfər kişi, 2 nəfər isə qadın olub.

Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.

2 nəfərə (1 qadın, 1 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.