Koronavirus pandemiyası səbəbilə Google şirkəti özünün Google I/O 2020 tədbirini ləğv etməli oldu. Həmin tədbirdə yeni Android 11 əməliyyat sistemini təqdim etməli idilər. Lakin Google şirkəti Android-in yeni versiyasının təqdimatını təxirə salmaq niyyətində deyil. Buna görə də o, Android 11-in yeni təqdimat tarixini elan edib. Bu barədə Android Developers saytı xəbər verib. Beləliklə şirkət Android 11-i 3 iyun tarixində keçiriləcək The Beta Launch Show tədbirində təqdim edəcək. Sözügedən tədbir online formatda baş tutacaq. Bununla yanaşı təqdimatın keçiriləcəyi gündə həmçinin Android 11 Beta istifadəyə veriləcək.