“Google” şirkəti “Play Music” servisinin fəaliyyətini cari ilin sonunda dayandıracaq.

Köhnə xidməti “YouTube Music” əvəz edəcək.

Korrespondent.net şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, tərtibatçılar, istifadəçilərin telefonunda olan musiqi siyahısının “Play Music”dən birbaşa “YouTube Music”ə köçürülməsi üçün xüsusi tətbiq hazırlayıblar.

Hələlik istifadəçilərin hər iki xidmətə girişi sərbəstdir.

“Google” dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkətdir.