"Google Maps" vasitəsilə istifadəçilər yollarda yaranmış tıxacın səbəblərini öyrənə biləcəklər.

İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl "Google maps"da yol qəzalarını, sürət həddini və yollarda tıxac olub olmadığını göstərmək mümkün idi. Ancaq tıxacın səbələri barədə məlumat verilmirdi. 

İndi isə istifadəçilər yolda müxtəlif tıxac yaradan səbəblərlə qarşılaşdıqda bu barədə məlumatı digər istifadəçilərlə də paylaşa biləcəklər.