"Google" korporasiyası "URL Shortener" xidmətinin fəaliyyətini rəsmən dayandırıb. Bu xidmət qısa linklər yaratmağa və bundan başqa həmin linklər üzrə keçidlərin sayını hesablamağa imkan verirdi.
İqtisadiyyat.az ICTnews-a istinadən bildirir ki, "Google URL Shortener" xidməti 2009-cu ildə istifadəyə verilmişdi. 2018-ci ildə xidmət yeni istifadəçilər üçün əlçatmaz idi, indi isə fəaliyyəti dayandırılıb.
Bu, "Google"un ilk bağlanmış layihəsi deyil. 2019-cu il aprelin 2-də "Google+" sosial şəbəkəsinin fəaliyyəti dayandırılacaq.