2021-ci ildə internet istifadəçiləri daha çox “Dogecoin” və “Ethereum” kriptovalyutaları, həmçinin AMC və GME mem aksiyaları barədə məlumat axtarıb.

Bu barədə “Google” şirkəti məlmat yayıb.

Qlobal axtarış sisteminə malik şirkətdən bildirilib ki, pandemiya səbəbindən istifadəçilər tez-tez qızardılmış düyüdən tutmuş qrildə zəncəfilədək müxtəlif sağlamlıq reseptləri ilə maraqlanıblar.

Məşhur simalara gəlincə, birinci yeri Alek Bolduin, sonrakı pillələri isə Kayl Rittenhaus (ABŞ-da afroamerikalıların hüquqları uğrunda keçirilən etiraz aksiyası zamanı iki nəfəri güllələyən 18 yaşlı gənc), ABŞ prezidenti Co Bayden, idmançılar Tayqer Vuds və Simona Baylz tutub.