Şirkət 2018-ci ilin noyabr ayında biri Kanadada olmaqla, Şimali Amerikada 5 fabriki bağlayacağını və 15 min işçini işdən çıxaracağını demişdi. May ayında şirkət Merilənd ştatında “White Marsh” və Pensilvaniya ştatındakı “West Chester” zavodunu bağlayacaq.

İqtisadiyyat.az xarici mediaya istinadla xəbər verir ki, bu qərarlardan sonra, ABŞ prezidenti Donald Trump, General Motorsu təhdid edərək təşviqləri kəsəcəklərini və Fedin faiz siyasətini qadağan etdiyini söyləyib.

GM səlahiyyətliləri şirkətin istehsal planlaşdırmasında problem olmadığını və hətta proqramın önündə olduğunu desə də, UAW həmkarlar ittifaqı şirkətin müqaviləni pozduğunu söyləyib. UAW GM-nin istehsalını dayandırmaq və minlərlə işçini işdən çıxarmaq qərarına qarşı məhkəmədə iddia qaldırıb.

UAW federal hakimdən GM-in Miçiqan, Ohio və Meriləndəki üç fabrikini bağlamaq qərarını geri götürməsini və işçilərin ziyanlarını ödəməsini xahiş edib. Fabrikdə işləyənlər saatda orta hesabla 20-30 dollar qazanırdılar.

GM, iyunun əvvəlində Detroytdakı “Hamtramck” zavodunda istehsalın dayandırılacağını desə də, keçən ay istehsalın 2020-ci ilə qədər davam edəcəyini açıqlayıb.

UAW, GM-in 3 Mayda Merilənddəki “White Marsh” zavodunda və 1 Avqustda Miçiqandakı “Warren Transmissiya” zavodunda istehsalı dayandıracağını açıqlayıb. GM Kanadanın Ontario vilayətində yeləşən “Oshawa” yığma fabrikində, ilin sonuna qədər istehsalı dayandıracaq.