"Qarşıda çox ağır oyunumuz var, tam olaraq ona köklənmişik".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında "Şamaxı"nın kapitanı Emin Zamanov deyib.

O, "Qaradağ Lökbatan"la oyunun ağır keçdiyini bildirib.

"Qaradağ Lökbatan"la çox ağır oyun oldu. Oyunun belə çətin olacağını bilirdik və tam olaraq hazırlaşmışdıq. Rəqibimiz çox yaxşı komandadır və bunun fərqində idik. Komanda olaraq çox əziyyət çəkdik və şükürlər olsun ki, qələbə qazana bildik".

Emin Zamanov ümumi mövsüm haqqında danışmağa tələsməyib.

"Ümumi mövsüm haqqında son oyunumuzdan sonra daha geniş danışa bilərəm. Çünki hələ mövsüm bitməyib və bizi qarşıda çox ağır oyun gözləyir. Komanda olaraq o oyuna köklənmişik".

Qeyd edək ki, "Qaradağ Lökbatan"la oyunda "Şamaxı"nın hər 3 qolunu Emin Zamanov vurub.