"Galaxy Note 10" və "Note 10 Plus" modelləri dünya üzrə bir ilkə imza atıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "Samsung"un yeni flaqmanları "Wi-Fi İttifaqı"ndan “Wi-Fi Certified 6” sertifikatını alan ilk smartfonlar olub.

Bu sertifikat cihazların yeni "Wi-Fi" standartını tam dəstəklədiyini və bu texnologiyanın istifadə olunduğu şəbəkələrdə optimal işləyə bilməsini ifadə edir.

Qeyd edək ki, "Wi-Fi 6" Wi-Fi-ı daha səmərəli etmək üçün birləşdirilmiş bir sıra yeni texnologiyaları əhatə edir. Bunlardan ən əhəmiyyətlisi çox insanın olduğu ərazilərdə Wi-Fi şəbəkəsindən daha çox səmərə əldə edə bilməkdir. Həmçinin, bu, internetə çıxış sürətinə əhəmiyyətli dərəcədə təsir edəcək: maksimum sürət 3,5 Gbit/s-dən 9,6 Gbit / s-a qədər artacaq.