“Samsung”, “Galaxy Fold” qatlanan smartfonunun satış tarixini müəyyən edib.

Şirkətdən bildiriblər ki, smartfon 2019-cu ilin sentyabr ayında satışa çıxarılacaq.

İqtisadiyyat.Az Ted.az-a istinadən xəbər verir ki, cihazın  mağazalara məhz hansı gün daxil olacağı, hələ ki, məlum deyil. Xatırladaq ki, “Galaxy Fold” 1980 dollara başa gələcək.

Bu smartfonun artıq ilkin sifarişləri qəbul edilirdi, lakin qatlanabilən ekranla bağlı yaranan problemlərə görə Cənubi Koreya istehsalçısı smartfonun üzərində yenidən çalışmağa  qərar verib və rəsmi satış tarixini dəyişib.