Bu ilin birinci rübündə "G20" ölkələrinin iqtisadiyyatı 0,9% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) ilkin hesabatında deyilir.

Məlumata görə, ötən ilin dördüncü rübündə bölgədə iqtisadi artım 0,7% təşkil edib.

Bu dövrdə Türkiyə, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və İndoneziya yüksək iqtisadi artım templəri nümayiş etdiriblər. Bu ilin birinci rübündə ABŞ-də iqtisadi artım 0,8%-dən 0,3%-ə enib.

Yaponiya və Cənubi Afrika iqtisadiyyatları isə müvafiq olaraq 0,5% və 0,1% kiçilib.

Ən əhəmiyyətli iqtisadi artımı Hindistan (8,4%) və Türkiyə (7,4%) göstərib.

 

Gözəl Həşimova