Gürcüstan iqtisadiyyatı bu ilin birinci yarısında 9% böyüyüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin statistika xidmətinin məlumatında deyilir.

Məlumata görə, maliyyə və sığorta, tikinti, informasiya və rabitə, nəqliyyat, peşə, elmi və texniki fəaliyyət kimi sahələrdə artım müşahidə olunub. Emal sənayesində isə azalma müşahidə olunub.

Təkcə ötən ay Gürcüstan iqtisadiyyatı 7,5% artıb.

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsi 10 milyard dollardan çox olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,8% azdır.

 

Gözəl Həşimova