Bu ilin birinci yarısında Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 29,1% azalaraq 498,91 milyard yuan (68,7 milyard dollar) təşkil edib.

İqtisadiyyat.az bu barədə "Trading Economics"ə istinadən xəbər verir.

Məlumata görə, bütün xarici investisiyaların 12,8%-i yüksək texnologiyalı istehsala yönəldilib.

Çinə birbaşa xarici investisiyaların ən böyük payı Almaniya (18,1%) və Sinqapurun (10,5%) payına düşüb.

 

Gözəl Həşimova